Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Xəbər verdiyimiz kimi Azərbaycan Nazirlər Kabineti tütün çəkmək üçün xüsusi ayrılmış yerlərlə bağlı sanitar-gigiyenik normalar və tələblər hazırlayacaq. Bundan sonra qanunla müəyyən edilmiş yerlərdən başqa siqaret çəkənlər cərimələnəcəklər. Bəs görəsən bu qərar öz nəticəsini verəcəkmi və tələblərə hüquqi baxımdan riayət olunacaqmı? FaktXeber.com məsələ ilə bağlı tanınmış vəkil Vamiq Şükürovdan münasibət öyrənib.
Müsahibin sözlərinə görə, qanunda nəzərdə tutulan cərimələr yazılacaqsa və tətbiq olunacaqsa gözlənilən nəticəni verəcək: «Lakin bunun üçün cərimələrin yazılması kifayət deyil. Əvvəla cərimələrin məbləği aşağıdır – 30 manat. Hesab ediərm ki, ən azı 70-100 manata arasında olmalıdır. İkincisi qanunun tətbiqi üçün ciddi nəzarət tədbirləri olmalıdır. Heç olmasa qanunun əvvəlki hüquqi təsdiqi dövründə aiddiyatı qurumların (çox güman ki, DİN olacaq) üzərinə məsuliyyət düşür ki, qanunun tətbiqinin ilk dövründə mütəmadi yoxlamalar keçirilsin, aşkar olunmuş pozuntular aktlaşdırılsın. Çünki Azərbaycanda yüz minlərlə qapalı məkan var. Bu məkanların hər birinə nəzarət etmək kifayət qədər vaxt və ciddiyyət tələb edir. Bunun üçün maliyyə resursları, əməkdaşlar tələb olunacaq. Digər tərəfdən də Milli Məclis tərəfindən sahibkarlıq subyektlərinin yoxlanılmasının dayandırılması barədə qanun qəbul edilib və 2020-ci ilədək qüvvədədir».
Vəkil bu baxımdan həmin qanunun icrasının şübhələr doğurduğunu və ideal şəkildə həyata keçirməyin mümkünlüyünə inanmadığını dedi: «Küçələrdə zibillərin atılmasına görə 100 manat cərimə nəzərldə tutulub. Amma indiyə qədər heç kim bu cərimənin yazıldığını görməyib, eşitməyib. Bu baxımdan qanunun tətbiqi şəxsən məndə şübhə doğurur».
Bəs görəsən yeni qanun sahibkarlara necə təsir edəcək?
Vamiq Şükürov qapalı yerlərdə siqaretin çəkilməsinə müəssisədə ancaq qəlyan, tütün üçün nəzərdə tutulduğu təqdirdə izn verildiyini bildirdi: «Bu baxımdan sahibkar əlavə maliyyə yükü olan təmir işlərigörməli, otaqlarda bölgü aparmalıdır».
Xatırladaq ki, Nazirlər Kabineti 3 ay ərzində ərzində tütün məmulatları tullantılarının utilizasiyası qaydasını da müəyyən edəcək. Nazirlər Kabineti əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsullarını müəyyən edəcək, bu məqsəd üçün xüsusi “qaynar xətlərin” fəaliyyəti təmin edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" yeni qanunu imzalayıb. Bu qanun əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
- 21-04-2018 19:47 "Müslümov ölkə tarixinə ən mürtəce qanunlardan birinin müəllifi kimi düşəcək"
- 20-04-2018 16:29 Rövşən Əhmədli: Ermənistan Rusiyadan xilas olmaq gücündə deyil
- 20-04-2018 15:30 Elçin Şıxlı: Dünyaya özümüzü vəhşi kimi çatdırdıq
- 19-04-2018 21:01 Azərbaycan XİN-dən İsrail səfirliyində baş verən özbaşınalıqla bağlı rəsmi açıqlama
- 14-04-2018 14:37 Azərbaycanda boşanmaların 5 dəfə artdığı açıqlandı
- 14-04-2018 11:53 Bu sahədə əmək haqları artırılacaq
- 11-04-2018 12:11 Rəsmi Bakıdan Yerevana CAVAB
- 10-04-2018 12:36 Mərkəzi Bank interval məzənnəyə üstünlük verməlidir
- 09-04-2018 19:04 Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağa nə verəcək?
- 06-04-2018 16:50 Müttəfiqi Cəlaloğlunu dəstəkləmədi
- 06-04-2018 09:58 Sosial ev almaq istəyənlərin NƏZƏRİNƏ - AÇIQLAMA
- 05-04-2018 16:52 Ölkədə spirtli içkilər məhdudlaşdırılsın - TƏKLİF
- 05-04-2018 16:24 Rusiyanın Xəzər donanması boru xəttinə qarşıdır
- 05-04-2018 16:07 Azərbaycanda yerli SOSİAL ŞƏBƏKƏ - REALDIRMI?
- 04-04-2018 18:26 “Qarabağın və xalqımızın xilası yalnız milli vəhdətlə mümkün olacaq” – Mövsüm Səmədov
- 02-04-2018 12:54 Akif Nağı Hindistan səfirliyindən cavab tələb etdi
- 30-03-2018 11:04 "Qarşılarına kim çıxır söyürlər…" - Əflatun Amaşov
- 29-03-2018 10:18 Bir-birinin çıxışını təkzib edən prezidentliyə namizədlərin 6-cı debatı - VİDEO
- 29-03-2018 09:42 Musa Quliyev: Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib
- 28-03-2018 12:33 Paşazadə: Mən nəzir qutularına nəzarət etmirəm
- 28-03-2018 12:14 Əli Həsənov: Hafiz Hacıyevdən xahiş etdim ki...
- 15-03-2018 16:10 Politoloq: Cəbhədəki vəziyyət tufanqabağı sakitlikdir
- 15-03-2018 11:29 Nazirdən işsizlik sığortası haqqında mühüm açıqlama - VİDEO
- 14-03-2018 14:31 İngiltərədə dünyanı narahat edən addım: MƏSCİD PARTLATMAĞA 1000 BAL!
- 10-03-2018 11:00 Facebook-dakı testlər TƏHLÜKƏLİDİR?..

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
22-04-2018 10:46
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]