Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
15:40
Facebook öz pulunu buraxmaq istəyir

Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq kriptovalyuta və blokçeynləri dərindən öyrənmək qərarına gəlib. Buna səbəb isə elektron pul vahidinin Facebook şəbəkəsində istifadəçilərin ixtiyarına verilməsinin mümkünlüyüdür. 

FaktXəbər-in verdiyi məlumata görə, Zukerberq şəxsi səhifəsində qeyd edib ki, 2018-ci ildə onun əsas vəzifəsi Facebookun yaxşılaşdırılması olacaq. 

Buna qədər Facebook sosial şəbəkəsinin Facecoin adlı elektron pul vahidi buraxmağa hazırlaşdığı açıqlanmışdı. Digər populyar şəbəkələrdən sayılan "VKontakte"nin də yaxın zamanlar öz kriptovalyutasını istifadəçilərin ixtiyarına verəcəyi bildirilir. 

Sosial şəbəkələrin yaradacağı elektron pul vahidi ilkin mərhələdə istifadəçilərin sayt üzərindən ödənişli  əməliyyatları rahat şəkildə həyata keçirməyə imkan verəcək. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Facebook 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 08:05



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com