Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
14:51
1434
Səməd Seyidov AŞPA-dakı dəyişikliyi şərh edib

Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək.

Parlamentin mətbuat xidmətindən FaktXəbər-ə bildiriblər ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib: “Təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar. Bu AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir.

Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər”.

Məqalədə : şərh 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2018 22:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status