Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
14:20
Bu gün 3 Milli Qəhrəmanımızın doğum günüdür

Elgiz Kərim oğlu Kərimov 1971-ci il yanvarın 5-də Bərdə şəhərində anadan olub. O, 1991-ci ildə könüllülərdən ibarət batalyonun tərkibində cəbhəyə gedib, Əsgəran yaxınlığında döyüşdə xüsusi qəhərmanlıq göstərib, 1992-ci il martın 12-də Naxçıvanik kəndi uğrunda gedən döyüşdə onlarla düşmən yaraqlısını məhv edib, lakin özü də həlak olub. 1992-ci il iyunun 7-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bərdə şəhərində dəfn edilib.

Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndi şəhərində anadan olub. O, Leninqrad (Sankt-Peterburq) Ali Siyasi-Hərbi Məktəbi və Moskva Ali Siyasi Akadmeyiasını bitirib, peşəkar hərbçi kimi SSRİ-nin müxtəlif yerlərində xidmət edib, 1991-ci ilin oktyabrında könüllü olaraq cəbhəyə gedib, Ağdamda ilk özünümüdafiə batalyonunu yaradıb, az vaxtda cəsur sərkərdə kimi ad qazanıb, Ağdam-Ağdərə istiqamətində çoxlu sayda uğurlu əməliyyatlar həyata keçirib, onlarla kəndi düşməndən azad edib, 1992-ci il iyunun 18-də Ağdamın Əliağalı kəndi yaxınlığında maşınında minaya düşüb və həlak olub. 1994-cü il sentyabrın 16-da polkovnik-leytenant Şirin Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına küçə var, xidmət etdiyi hərbi hissədə büstü qoyulub.

Naiq Nəsir oğlu Yusifov 1970-ci il yanvarın 5-də Tovuz rayonu Ağdam kəndində anadan olub. O, 1990-cı ildə kəndlərində yaradılmış özünümüdafiə dəstəsinə yazılıb, cəbhə boyu kəndlərin müdafiəsində sücaətlə vuruşub, 1992-ci il martın 24-də Koxanəbi kəndinin müdafiəsində axıra qədər döyüşüb, son nəfəsində qumbaranı sinəsinə sıxaraq partladıb, özü həlak olub, eyni zamanda ona yaxın erməni yaraqlısını da məhv edib.  1992-ci il iyunun 7-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Tovuz rayonu Ağdam kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.

Məqalədə : Milli Qəhrəman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4413

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3523

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5246

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5279

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6466

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5001
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 13:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru