Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
12:32
Qəyyumluğa uşaq götürənlərə dövlət yardımı artırıla bilər

Azərbaycanda uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha məqsədəuyğundur.

FaktXəbər-in məlumatına görə, “Report” bu barədə Hesablama Palatasının sosial müavinət, kompensasiya və təqaüd təminatının mövcud vəziyyətinin təhlili, əhalinin sosial müdafiə sistemində onun rolunun və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı aparılan analitik təhlilinə istinadən xəbər verir.

“Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürən şəxslərə dövlət tərəfindən zəruri sosial yardım göstərilməlidir. Bu baxımdan həmin uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha düzgün olardı. Eyni zamanda, belə uşaqların qəyyumluğa götürülməsinin həvəsləndirilməsi uşaq müəssisələrinin maliyyə yükünün də azalmasına səbəb olacaq. Həmin müavinətin maliyyələşdirilməsi üçün tələb olunan əlavə vəsaiti uşaq müəssisələrinin saxlanılmasından qənaət ediləcək vəsaitlə kompensasiya etmək olar”, - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” qanunun 31-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir.

Statistik hesabatlara əsasən, 2015-ci və 2016-cı illərdə yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarının ümumi sayının 472 nəfərdən 437 nəfərədək, aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarının sayının 5 487 nəfərdən 2 628 nəfərədək azalması həmin kateqoriyadan olan şəxslərə təyin olunan sosial müavinətlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitdə öz əksini tam şəkildə tapmayıb. 

"Həmin faktın  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyə sənədlərinə əsasən araşdırılmasına ehtiyac duyulur", - deyə məlumatda qeyd olunub.

Məqalədə : Hesablama Palatası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
118

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
200

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
234

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
236

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
290

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
306
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 15:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru