Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
12:15
Xınalıq sakinləri: `Alpinistlər...` - VIDEO

Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir.

FaktXeber.com-un məlumatına əsasən, Oxu.Az-ın hadisə yerinə ezam olunmuş əməkdaşı Xınalıq kəndində yerli sakinlərlə görüşüb, onlarla hadisə ilə bağlı söhbət edib.

Kənd sakinləri bildiriblər ki, alpinistlər qar uçqunu altında qala bilərlər. 

“Əgər özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 10-12 gün keçib”, - yerli sakinlərdən biri deyib.

Bildirilir ki, alpinistlərin itkin düşdüyü vaxt güclü çovğun olub.

Yerli sakinlər əlavə ediblər ki, qarın əriməsi may ayına qədər çəkə bilər.

Mövzu ilə əlaqədar daha ətraflı videosüjeti təqdim edirik:

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hava xınalıq alpinistər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 03:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com