Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
11:06
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 28-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

28- DİN KİFAYƏT QƏDƏR AÇIQ VƏ AYDIN DEYİL

İnsanların dini məsələlərdə özlərini aldatmaq yollarından biri də dinin kifayət qədər açıq və aydın olmadığına özlərini inandırmalarıdır. Şübhəsiz, bu da şeytanın insanlara hazırladığı tələlərdən biridir.

Bəzi insanlar Allahın mesajını nəzərə almadıqları kimi, eyni zamanda buna qərəzlə yanaşırlar. Təəssüf ki, xüsusən ölkəmizdə Quranı açıb oxuyan və dərk etməyə çalışandan çox, Quran haqqında müsbət və ya mənfi məlumat və baxış sahibi olan insan var.

“Bu (Quran və din), sənin Rəbbinin doğru yoludur. Doğrudan da Biz (Öz tovhid) ayələri(mizi və dinin haqq olmasını) öyüd götürən bir dəstə üçün ətraflı bəyan etdik.” (“Ənam” surəsi, ayə 126) 

Allahın əmr və qadağaları son dərəcə açıqdır. Bəndənin boynuna düşən isə sözügedən əmr və qadağaları oxumq və Yaradıcısının özündən nə istədiyini öyrənməyə, tətbiq etməyə çalışmaqdır.

“Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik. Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik.” (“Nəhl” surəsi, ayə 89)

“Biz bu kitabı sənə yalnız barəsində ixtilafda olduqları şeyi (müsəlmanların kafirlərlə və kitab əhli ilə olan ixtilaflarını) onlara izah etməyin və iman gətirən dəstəyə hidayət və rəhmət olması üçün nazil etmişik.” (“Nəhl” surəsi, ayə 64)

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 06:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com