Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
11:06
Mərkəzi Bank XƏBƏRDARLIQ etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) banklara və poçt idarələrinə məktub göndərib.

 

Məktubda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 dekabr 2004-cü il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olunan malların və əşyaların Siyahısı”nın 4.11-ci bəndinə əsasən sikkələr və banknotların poçt vasitəsilə göndərilməsi qadağandır.

“Odur ki, ekspertizanın aparılması məqsədilə Mərkəzi Banka göndərilən pul nişanları Nağd pulun İdarəetmə İnformasiya Sisteminin  Veb-portal modulunda şübhəli pul kimi qeydə alındıqdan sonra inkassator vasitəsi ilə (müvafiq pul nişanını təqdim edən şəxsin imzalanmış ərizəsinin bir nüsxəsi əlavə edilməklə) təqdim edilməlidir”, - deyə məktubda vurğulanıb.  

AMB-dən bildirilib ki, 01 fevral 2018-ci il tarixindən etibarən Veb-portalda qeydə alınmadan ekspertizanın aparılması üçün göndərilən pul nişanları Mərkəzi Bank tərəfindən qəbul edilməyəcək.

Məlumata görə, bu tədbirin məqsədi dövriyyədə olan pulların daha keyfiyyətli olması və saxta pullara qarşı mübarizə kimi göstərilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mərkəzi bank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 22:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com