Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
10:38
1919
İŞİD HƏMASa müharibə elan etdi: Qəzzaya hücum edin

İŞİD terror təşkilatı Fələstinin müqavimət hərəkatı olan HƏMASa qarşı müharibə elan edib. İŞİD-in Misirin Sina yarımadasındakı hərbi qanadı 22 dəqiqəlik video-müraciət yayaraq yaraqlıları Qəzzadakı HƏMAS hərəkatı ilə döyüşə çağırıb. 

FaktXəbər-in "Washington Post"a istinadən verdiyi məlumata görə, İŞİD-in HƏMAS hətəkatına qarşı düşmən mövqeyi ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra başlayıb. Video-müraciətdə deyilir ki, HƏMAS kafir Qərblə əməkdaşlıq edir və buna görə bütün mücahidlər Qəzzaya qarşı mübarizə aparmalıdır. 

"Heç bir halda onlara təslim olmayın. Partlayıcı, tapança və yapışqanlı bombalardan istifadə edin. Məhkəmələrini, güc strukturlarını bombalayın",-deyə İŞİD-çinin müraciətində bildirilir. 

Qeyd edək ki, HƏMAS hərəkatı İsrailin Fələstin torpaqlarını işğal etməsindən sonra yaradılıb. Hərəkatın hərbi qanadları fəlsətinliləri müdafiə etmək məqsədilə silahlanaraq İsrail ordusuna qarşı mübarizə aparır. İŞİD terrorçularının müsəlman fələstinlilərlə birgə İsrailə qarşı mübarizə aparmaq əvəzinə, HƏMAS hərəkatına müharibə elan etməsi  terror təşkilatının ABŞ və İsrail maraqlarına xidmət etməsini bir daha təsdiqləyib. 

Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 11:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com