BMT Təhlükəsizlik Şurası İran üçün toplaşır

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2018
09:12
1881
BMT Təhlükəsizlik Şurası İran üçün toplaşır

ABŞ-ın tələbi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gan Bakı vaxtı ilə saat 00.00-da toplaşacaq.

ABŞ toplantıda İrandakı hadisələri gündəmə gətirmək istəyir, ancaq Vaşinqton rəhbərliyini İranın daxili işlərinə qarışmaqda günahlandıran Rusiya, iclasda İrandakı proseslərin müzakirəsi üçün Şuradan səsvermə tələb edə bilər.

FaktXəbər-in məlumatına görə, İrandakı proseslərin müzakirəsi üçün səsvermə tələb edilməsi vəziyyətində isə Şuranın 15 üzvündən 9-nun razılığı lazımdır.

Qeyd edək ki, İran ölkədə baş verən iğtişaşlara əlaqədar olaraq daxili işlərinə qarışmaqda günahlandırdığı ABŞ-dan BMT-yə şikayət edib. İranın BMT daimi nümayəndəsi Qolami Xosro BMT baş katibi Antonio Quterres və BMT TŞ-yə göndərdiyi məktubda, "ABŞ hökumətinin nümayişlərə dəstək vermək bəhanəsi mənasız şəkildə İranın daxili işlərinə müdaxilə aktlarını artırıb. ABŞ prezidenti və vitse-prezidenti çoxlu sayda cəfəng tbit ilə iranlıları təhrikedici hərəkətlərə təşviq edib", - deyə bildirib.

Məqalədə : BMT İran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 07:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com