Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
21:13
İnstagram-ın `hekayələri` Whatsapp-da görsənəcək

Şirkətlər hazırda "hekayələrin" (stories) bir sosial şəbəkədən digərinə ötürülməsi üzərində işləyir. Bu, kontentin məşhurluğunu artırmalıdır.

İnstagram "hekayələrin" (stories) Whatsapp messencerinə inteqrasiyasını sınaqdan keçirir.  Bu barədə FaktXəbər Techcrunch-a istinadən yazır. 

Məlumata əsasən, zahirən onlar artıq Whatsapp-da olan statuslardan çox da fərqlənməyəcək.

İnstagram nümayəndələrinin dediyinə görə, bu ideyanı sosial şəbəkə istifadəçilərindən biri irəli sürüb. Şirkətin özü də əməkdaşlığın bir neçə üstünlüyünün olacağını hesab edir. Əsas üstünlüklərdən biri "hekayələrin" baxış sayının hər iki proqramda da artmasıdır. 

Sınaqdan keçirilən funksiyanın skrinşotları da artıq internetdə mövcuddur. 

İnstagram "hekayəsini"  Whatsapp "hekayəsindən" aşağıdakı işarədən ayırmaq  olacaq. Belə ki, Whatsapp "hekayəsində" soldan aşağıda "+" işarəsi, İnstagram-ın "hekayələrində isə müvafiq olaraq sağdan aşağıda İnstagram loqotipi olacaq.

Sosial şəbəkə "hekayələrin" inkişafıyla aktiv məşğul olur. Daha öncə onlar Facebook-a inteqrasiya edilmişdi,

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 07:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com