Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
20:45
2018 Ermənistanda neftin bahalaşmasıyla başladı

2018-ci il  Ermənistanda yanacaqdoldurma məntəqələrində qaz, dizel yanacağı və benzinin bahalaşması ilə başlayıb.

FaktXəbər-in Regnum.ru-ya istinadən verdiyi məlumata görə, Regular adıyla satılan benzinin qiyməti 2017-ci ilin sonu ilə müqayisədə təxminən 5%,  dekabrın əvvəlinə nisbətdə isə 10% artıb. Belə ki, dekabr ayının əvvəlində benzinin qiyməti  390 dram ($ 0.80), sonunda - 410 dram ($ 0.84) olub, yanvarın 1-dən isə benzin 430 drama ($ 0.89) satılır.

Dizel yanacağının qiyməti də Yeni il gecəsi 410 dramdan ($ 0.84) 440 dramadək  ($ 0.91) qalxaraq 7% bahalaşıb. 

Yanacaqdoldurma stansiyalarında ən çox bahalaşan isə qaz olub. Yeni ildən öncə qaz 180-200 drama ($ 0.37-$ 0.41) satılırdısa, yanvarın 1-dən bu rəqəm 10 % artıb. 

Qeyd edək ki, Ermənistanda avtomobillərin təxminən 90%, o cümlədən şəhər nəqliyyatı və taksilər, təbii qazla işləyir.

 Qazın bahalaşmasını iqtisadçılar min kubmetr maye qaz üçün aksiz vergisinin 8 min dramdan ($ 16.52)  25 min dramadək ($ 51.64) artması ilə izah edirlər. Benzinin bir tonuna olan aksiz isə  25 min dramdan ($ 51.64) 40 minə ($ 82.62) qədər artıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ermənistan benzin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 21:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com