Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
19:57
`Dəmirbank`la bağlı PROSES BAŞLADI

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib.

Fonddan FaktXəbər-ə verilən məlumata görə, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib.

Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr  2017-ci il tarixindən ləğvedici təyin edilib.

“Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.  Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- Kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

"Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsinlər", - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dəmirbank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 04:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  faktxeb[email protected]

Valyuta.com