Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

04 Yanvar

2018
16:52
2395
Tac-Mahala giriş məhdudlaşdırılır

Hindistan hökuməti Aqrada Tac-Mahal mavzoleyinə girişi məhdudlaşdırmaq istəyir. FaktXeber.com-un məlumatına görə, bu barədə  South China Morning Post xəbər yayıb.

Qərar tarixi abidənin qorunması məqsədiylə verilib. Onun divarları ağ mərmərdəndir, hansı ki,sürtülür, çirklənir və ziyarətçilər tərəfindən zədələnir.

Bildirilir ki, 2016-cı ildə Tac-Mahalı görmək üçün 6,5 milyon insan gəlib ki, onların da əksəriyyəti hindistanlılardır.

Uyğun layihə qəbul olunacağı təqdirdə, Tac-Mahalda maksimum  gündə ancaq 40 min hindistanlıya qədər məhdudlaşdıracaqlar (hazırda gündə 79 min hindistanlı abidəni ziyarət edir).

Yeni tədbirlər turistlər üçün nəzərdə tutulmayıb, çünki onlar yerlilərdən daha çox pul ödəyirlər. Belə ki, dünyanın ən məşhur  memarlıq incilərindən birini görmək üçün  turist  1000 rupi (16 dollara yaxın), hindistanlılar isə 40 rupi ödəməlidirlər.

Tac-Mahal – Aqrada, Camna çayının sahilində olan məscid mavzoleydir. Bina Teymurləngin nəslindən olan Böyük Monqollar İmperiyasının  padşahı Cahan şahın əmri ilə  həyat yoldaşı Mumtaz Mahalın xatirəsinə inşa olunub.

Mumtaz-Mahal 14-cü övladını dünyaya gətirərkən ölmüşdü. Cahan şahın özü də həmin mavzoleydə dəfn olunub.

Məqalədə : Tac-Mahal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
42

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
938

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1102
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 18:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru