Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
16:12
1503
Ombudsman parlamentdə müzakirə olunmayacaq

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi Milli Məclisin yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq.

Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmur.

Qeyd edək ki, yeni Ombudsmanın seçilməsi ilə bağlı qərar layihəsinin 2017-ci ilin payız sessiyasında da müzakirəyə çıxarılması gözlənilirdi. Lakin layihə müzakirəyə çıxarılmadı.

Hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir.

O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

Məqalədə : ombudsman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 04:58

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status