Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
14:49
3306
Türkmənistanda qara maşınlar qadağan olundu
Çünki prezident Qurbanqulu Berdimuhammedov ağ rəngi sevir

Türkmənistanda xalqın qara maşın alması və istifadəsi qadağan edilib. 

FaktXəbər-in məlumatına görə, bununla bağlı prezident Qurbanqulu Berdimuhammedov sərəncam imzalayıb.

Hökumət mənbələri qərarın prezident Berdimuhammedovun ağ rəngə sevgisindən qaynaqlandığını bildirir.

Hökumət, 2015-ci ildə də qara avtomobillərin idxalını qadağan etmiş, məmurlara da "uğur gətirdiyi" səbəbilə ağ avtomobildən istifadə etmək tapşırığı verilmişdi.

Bu sərəncamla 2018-ci ildən etibarən mülki vətəndaşlar da qara maşından istifadə etməyəcək, qara maşını olanlar isə onu yenidən rənglədəcəklər. Maşının yenidən rənglənməsi prosesi isə əvvəl 500 dollar olsa da, hazırda bu qiymət 1000 dollaradək bahalaşıb.

Qeyd olunur ki, artıq Aşxabadın "Yubiley" küçəsindəki dayanacaq tünd rəngli avtomobillərlə doludur. Avtomobillər polisin tələbi ilə evakuasiya olunub və faktiki olaraq həbs edilib. Avtomobil sahiblərinə ancaq o şərtlə qaytarılır ki, onlar avtomobilin ağ və ya açıq rənglə rənglənəcəyinə dair yazılı izahat verirlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Türkmənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com