Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
14:41
1710
Azərbaycanda “Koroğlu” adlı ilk komiks təqdim olunub

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə “İRS cizgi” yaradıcılıq qrupunun “Koroğlu” adlı ilk milli komiksinin təqdimatı keçirilib.

Layihənin rəhbəri Anar Əkbərli və rəssam-kolorist Zeynəb Qocayevadır. Milli komiksin ərsəyə gətirilməsi üçün layihə rəhbərləri öncə tarixi araşdırma aparıb, arxiv materialları ilə işləyib və nəticədə Koroğlunu qəhrəman kimi təqdim edib. 

Mərkəzi Elmi Kitabxananın əməkdaşı Renat Cəfərov bildirib ki, komiks istənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır. Komiksin növbəti buraxılışlarında təkcə Koroğlu deyil, Azərbaycan tarixinin digər milli qəhrəmanları olan Babək, Şah İsmayıl Xətai, və müasir dövrün qəhrəmanlarından olan Mübariz İbrahimov kimi personajlar olacaq. Komiks altı nömrədən ibarət olacaq. “İRS cizgi” yaradıcılıq qrupu komikslərin üzərində çox diqqətlə işləyir və tarixi faktları yoxlayır. 

Gələcəkdə layihənin müəllifləri komiks əsasında oyuncaqlar, animasiya və kompyuter oyunları təqdim etməyi planlaşdırırlar. 

Qeyd edək ki, komiks mədəniyyəti ötən əsrin 20-ci illərin əvvəlində ABŞ-da yaranıb və gəncləri təkcə əyləndirmək deyil, həm də onlara xüsusi dəyərlərin aşılanması məqsədi daşıyır. Amerikan komikslərin Supermen, Betmen və digər qəhrəmanları geniş ictimaiyyət tərəfindən o qədər rəğbət qazanıb ki, onlar zamanla bu istiqamətlə bərabər, hollivud filmləri, cizgi filmləri və teatr tamaşaları kimi digər yaradıcı sahələrin də inkişafına təkan verib. Bu gün komiks ənənəsi artıq bütün dünyada geniş yayılmaqdadır. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : milli komiks 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com