Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
14:22
Siqaret çəkənlərin diqqətinə!

Azərbaycan Nazirlər Kabineti (NK) üç ay müddətində tütün çəkmək üçün xüsusi ayrılmış yerlərlə bağlı sanitar-gigiyenik normalar və tələblər hazırlayacaq.

FaktXəbər-in məlumatına görə, Nazirlər Kabineti bu müddət ərzində tütün məmulatları tullantılarının utilizasiyası qaydasını da müəyyən edəcək.

Nazirlər Kabineti əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsullarını müəyyən edəcək, bu məqsəd üçün xüsusi “qaynar xətlərin” fəaliyyəti təmin edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" yeni qanunu imzalayıb. Bu qanun əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : siqaret 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 04:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com