Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Yanvar

2018
12:45
627
Vəkili Ə.Muxtarlının yasa buraxılmamasından danışdı

Vəkil Nemət Kərimli hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxınlarının yas mərasiminə buraxılmamasını dəyərləndirib.

FaktXeber.com-un məlumatına əsasən, N.Kərimli hesab edir ki, burada problem məhkəmə sistemində deyil:

«Biz vəkillər olaraq Ə.Muxtarlının yas məclisinə buraxılması üçün məhkəməyə də, Penitensiar Xidmətə də müraciət etdik. Mənə dedilər ki, cavab üçün məhkəməni narahat etməyək, cavab olan kimi özləri xəbər edəcəklər. Mən də daha zəng etmədim. Beləliklə bizə işarə etdilər ki, məsələ məhkəməlik deyil, hansısa daha yüksək instansiya var bu işin içində».

N.Kərimli deyib ki, Ə.Muxtarlının yaxınlarının yas mərasiminə buraxılmamasına əsas görmür. Çünki Ə.Muxtarlının məhkəməsində şahidlərin əksəriyyəti danışıblar.

Məqalədə : Vəkil Əfqan Muxtarlı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2018 06:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru