Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
10:44
`ABŞ və İsrailin mövqeyi müharibə ilə nəticələnə bilər`

Fransa prezidenti Emmanuel Makron, İranda aksiyaları dəstəklədiyiniə görə Donald Trampı və Binyamin Netanyahunu tənqid edib. FaktXeber.com-un məlumatına görə, bu barədə Reuters xəbər yayıb.

«ABŞ və İsrailin  mövqeyi müharibə ilə nəticələnə bilər, halbuki, iranlılarla dialoqun  bərpa imkanını dəstəkləmək çox vacibdir», - deyə Makron bildirib.

Bundan başqa, Makron sülhməramlı kimi iştirak etmək məqsədiylə İran prezidenti  Həsən Ruhaniyə zəng edib və son hadisələr barədə müzakirələr aparıb.

Bundan başqa danışıqlar zamanı Fransa XİN rəhbəri Jan İv Le Drianın İrana gözlənilən səfərinin vaxtının dəyişdirilməsi qərarı da alınıb. Qeyd edək ki, bundan əvvəl Fransa XİN rəhbərinin səfəri yanvarın 5-nə təyin olunmuşdu.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran aksiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 11:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com