Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Yanvar

2018
20:03
987
Dünya bu bəladan xilas olur: dərman tapıldı

Volter Rid adına milli hərbi-tibb mərkəzinin tədqiqatçıları dünyanı xilas edəcək ixtiraya imza atıblar.  "Journal of Medicinal Chemistry" xəbər verir ki, onların yaratdığı dərman heroinin təsirinin qarşısını alır.

Kəşf edilmiş dərman artıq laboratoriyada heyvanlar üzərində sınaqdan keçirilib. Dərmanın verdiyi nəticə artıq Dərman Kimyası Jurnalında dərc olunub.

Dərman bədənə daxil olandan sonra bədəndəki maddələrlə reaksiyaya girir, opioid molekullarının. Bu dərmandan istifadə edən narkoman, hansı miqdarda narkotik istifadə etməsinə baxmayaraq, heç bir psixoaktiv təsirə məruz qalmır.

Tədqiqatçılar bildirir ki, yeni kəşf edilmiş dərman nəinki heroinin, eləcə də digər opioidlərin beyinə təsir göstərməsinin qarşısını alır. 

Sınaqların başa çatması üçün tədqiqatçılara bir neçə il lazım olacaq.

Qeyd edək ki, 2016-cı ildə Amerikada narkotik maddələrdən 63,3 min nəfərdən çox adam ölüb. Bu, 2015-ci illə müqayisədə 21 faiz çoxdur./Sputnik 

Məqalədə : heroin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 23:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru