Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2018
14:21
Azərbaycanda bu ailələrə verilən məbləğ artırıldı

Azərbaycan Nazirlər Kabinetinin “Dövlət statistika orqanları tərəfindən büdcələri müşahidə olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən pul vəsaitinin məbləğinin müəyyən edilməsi haqqında” imzaladığı qərar qüvvəyə minib.

Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, ev təsərrüfatı büdcələrinin tədqiqatının sosial və iqtisadi əhəmiyyətini, ölkə əhalisinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlilində, makroiqtisadi göstəricilərin, o cümlədən istehlak qiymətləri indeksinin hesablanmasında xüsusi rolunu nəzərə alaraq, seçmə müşahidəyə cəlb olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən aylıq pul vəsaitinin məbləği 10 manat səviyyəsində müəyyən edilib.

Pul vəsaitinin ödənilməsi hər il üçün dövlət büdcəsində Dövlət Statistika Komitəsinin saxlanılması xərclərinin tərkibində bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.

“Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında” qərarı ləğv edilib. Bu qərarda məbləğ 1,65 manat olub.

Qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qərar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 07:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com