Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2018
12:48
Fələstinli cəsur qız və anasının nəzarət müddəti 8 gün uzadıldı

İsrail rejminin hərbi məhkəməsi "Hənzələ cəsarət mükafatı" sahibi Ahed ət-Təmimi ilə anası Nərimanın nəzarət müddətini 8 gün uzadıb.

FaktXəbər-in məlumatına görə, Ramallah şəhərinin qərbindəki Ofer Hərbi Məhkəməsində keçirilən iclasda 16 yaşlı fələstinli Təmimi ilə anası Nərimanın istintaqının davam etdirilməsi üçün üçüncü dəfə nəzarət müddətlərinin 8 gün uzadılmasına qərar verilib.

İsrail ordusu Ahed ət-Təmimini İsrail əsgər və zabitinə hücum etməklə yanaşı, təhlükəsizlik güclərinə hücum etmək və daş atmaq kimi 5 müxtəlif cinayətdə ittiham edir.

Təmimi ilə anasının istintaqının davam etdirilməsi üçün nəzarət müddətlərinin uzadılmasına qərar verildiyi bildirilən açıqlamada, "Ahed həmçinin, ordunun fəaliyyətinə qarşı çıxmaq, üsyan aksiyalarına qatılmaq və başqalarını bu aksiyalara qoşulmağa təşviq etməkdə günahlandırılır. Anası Nəriman da eyni hadisələrə qarışmaq və Facebook səhifəsindən aksiyalara təşviqdə ittiham edilir", - deyə bildirilir.

İsrail əsgərləri Təmimini 19 dekabr 2017-ci il tarixində Ramallahda ailəsiylə yaşadığı evə basqın zamanı həbs etmişdi.

Təmiminin anası Nəriman isə qızı ilə bağlı məlumat almaq üçün Ramallah şərqindəki nəzarət məntəqəsinə getdikdə İsrail əsgərləri tərəfindən həbs edilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fələstin Təmimi Qüds 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 22:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com