Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2018
12:01
Əcnəbi turistlərdən “Şah plov”a böyük maraq - FOTO

Azərbaycanda bayram süfrəsinin əvəzolunmaz təamı, yeməklərin şahı sayılan “Şah plov” əcnəbi turistlərin də ən çox sifariş verdiyi yeməklər sırasındadır.

FaktXəbər-in məlumatına görə, Qusardakı restoranlardan birində uzun illərdir aşpazlıq edən Şakalad Nurməmmədova AZƏRTAC-a bildirib ki, rayona gələn turistlər tez-tez “Şah plov” sifariş verirlər. Gün ərzində ən azı 4-5 belə sifariş verilir. “Şah plov” dadmaq istəyənlər arasında yerli turistlərlə yanaşı əcnəbi qonaqlar da var. Xüsusilə ərəb ölkələrindən gələn qonaqlar Azərbaycan mətbəxinin ən dadlı təamını xoşlayırlar.

Səkkiz nəfər üçün nəzərdə tutulan “Şah plov”un qiyməti 40 manatdır.

“Şah plovun” hazırlanması üçün bizə 1 kq düyü, 100 qr bal, 6 yumurta, 200 qr alça qurusu, 200 qr kişmiş, 200 qram ərik turşusu, 1 kq ət, 2 ədəd soğan, 500 qr kərə yağı və zövqə görə duz, istiot, zəfəran lazımdır.

Bu plovu hazırlamaq üçün əvvəlcə un, bal və yumurta ilə xəmir yoğurulur. İkinci mərhələdə bu xəmirdən lavaş yayılır və qazanın içinə sərilir. Sonra dəmlənərək süzülən zəfəranlı düyü qazana tökülür. Düyünün arasına plovun qarası sərilir. Qara üçün qoz, kişmiş ət hər biri ayrılıqda bişirilir. Qaranın üzərindən yenidən düyü döşənir və qazanın ağzı lavaşla örtülür.Sobaya qoyulan plov 180-200 dərəcə temperaturda bişirilir.

Aşpaz Ş.Nurməmmədova bildirir ki, “Şah plov” təkcə bayram ərəfəsində deyil, bütün vaxtlarda ən çox tələb olunan milli yeməklərdəndir.

Ölkəmizdə plovun yüzə yaxın növü bişirilsə də ən çox seviləni “Şah plov”dur. Bununla yanaşı “Döşəmə plov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma plov” da ən çox bəyənilən plovlar sırasındadır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şah plov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 07:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com