Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2018
10:38
1771
İsraili 2018-ci ildə gözləyən təhlükələr

İsrailin Təl-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırma İnstitutu 2018-ci ildə İsraili gözləyən təhlükələrlə bağlı hesabat hazırlayıb. Sözügedən hesabat, keçirilən mətbuat konfransında institutun icraçı direktoru general-mayor Amos Yadlin tərəfindən rejimin prezidenti Reuven Rivlinə təhvil verilib.

FaktXəbər-in məlumatına görə, hesabatda bildirilir ki, 2018-ciildə İsraili gözləyən 3 böyük təhlükə, "İran, Hizbullah və Suriya ilə müharibə", "HƏMAS" və "ölkə sərhədinə yaxınlaşan İŞİD-lə mübarizə"dir. İŞİD İraq və Suriyada məğlub olmasına baxmayaraq fəaliyyət sahəsini Suriyanın cənubundakı Holan təpələri ilə Misirin Sina yarımadasına sürüşdürüb. 

Qeyd etmək yerinə düşərdi ki, İŞİD-in adının hesabata salınmasına baxmayaraq, Suriyada davam edən müharibə zamanı İŞİD terrorçuları İsrail tərəfinə bir güllə belə, atmayıblar. Əksinə, yaralanan İŞİD terrorçuları İsrailin sərhədə yaxın quraşdırdığı səhra xəstəxanalarında müalicə alaraq, yenidən döyüş bölgələrinə qayıdıblar.

Hesabatda, İrana qarşı ABŞ ilə birgə strategiya hazırlanması tövsiyə edilib.

Fələstin məsələsinə də yer verilən hesabatda, ərəb ölkələrinin siyasi prosesə töhfə verməyə hazır olmasından və fələstinlilərlə tarixi sülh müqaviləsi imzalamaq üçün ABŞ-ın İsrailə olan rəğbətindən istifadə etmək lazım olduğu vurğulanıb.

Prezident Rivlin isə hesabatda yer alan məlumatların, Fələstin tərəfi ilə aparılan siyasi prosesi inkişaf etdirmək və bu mövzudakı "dalana dirnəmə"lərə son verməyin vacibliyini göstərdiyini söyləyib.

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2018 06:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com