Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Dekabr

2017
21:25
Ya bu millətin bir hissəsi çöpəgüləndir...
Ya da məni çöpçüyə aparmaq lazımdır

Son illər Azərbaycan istehsalı olan çoxlu filmləri çəkilir. Bəzi filmləri isə komediya janrında çəkmək istəyirlər. Bu filmlər kinoteatrlarımızda nümayiş olunur və kifayət qədər də tamaşaçı toplayır. Hər dəfəsində diqqət yetirirəm ki, bəlkə nəsə yenilik edə biliblər, irəliləyiş var. Amma mənə qalan təəssüflənmək olur. Hələ də anlaya bilmirəm, bu filmlərə necə gülmək olar? Özü də həmin filmləri ərsəyə gətirən gənc rejissorlar, gənc aktyorlar, media işçiləri bu cür iradların yaşlı nəsil tərəfindən olduğunu iddia edirlər. Guya, yaşlı nəsil cavan kadrlara qısqanclıqla yanaşırlar. 

Əlbəttə, bu da qaçılmazdır, qısqanclıq da var. Ancaq bütövlükdə hər şeyi qısqanclığın üzərinə atmaq olmaz. Əgər belədirsə, mən bir cavan kimi, niyə bu filmləri bəyənə bilmirəm, niyə gülə bilmirəm bu tip filmlərə? Vallah, muasir filmlərə baxıram, adlarını görürəm, sadəcə, əsəbləşirəm. 

Elə bilirsiz ki, mən gözəl və mükəmməl, mükafatlara layiq filmlərimizin olmasını istəmirəm? 

Hər dəfə ümid edirəm, ancaq əlim ətəyimdə qalır.

İnsanlarda maraq yaratmaq üçün yanlış üsuldan istifadə edirlər: "Oğlan evi”, “Qızqaçırtma”, “Naxox”, “Xoxan" və.s. İndi də "Tayson". 

Bu nə deməkdir? 

Ayıbdır, vallah ayıbdır... 

Bu tip filmlər bayağı ssenari əsasında çəkilən və yalnız bir dəfə, çətinliklə baxılmağı mümkün ola biləcək filmlərdir. Görəsən niyə hər dəfə televiziya kanallarında veriləndə “YOL ƏHVALATI”, “ƏHMƏD HARADADIR”, “ULDUZ”, “QAYNANA” və.s. kimi köhnə filmlərə baxarkən doymursan? Çünki o vaxt kinomotoqraf yalnız kino çəkən deyildi, eyni zamanda ziyalı, intlektual, savadlı biri idi. Amma indi hərə 3-5 dənə də sponsor tapır, əlinə də bir kamera alıb kino çəkir, çıxarır kinoteatra. 

Bəlkə deyəcəksiniz ki, "keçmişə köklənib qalmısan, ona görədir..."

Amma mən belə düşünmürəm. Bütün problemlərin kökü maariflənməməkdən irəli gəlir. İndi düşük, yüngül mövzularla tamaşaçının başını aldadırlar. Bu gün "kinorejissor" film baxımlı olsun deyə, qadın rollarını cazibədar, amma istedadı olmayan, orasını-burasını şişirdən (üzr istəyirəm) aktrisalığa tamamən yad olan, qlamurkalara verir. 

Ay başınıza dönüm, hər yerdə, hər filmdə eyni qız, eyni personajlardır... Nə məcburdur teleaparıcıya, modelə, müğənniyə rol verirsiniz? Sonra da belə mövzuları müzakirə edəndə, adımız çıxır ki, heç nəyi bəyənmirik...

Belə zəif məhsullar müəyyən bir müddət davam edə bilər... 

Yaxşı, Azərbaycanda bu qədər kinorejissor varkən, nə üçün kinomotoqrafiya bu gündədir? Vallah mən bu tip filmlərə baxmağa utanıram. Mən öz gülüşümü belə düşükliyə israf edə bilmərəm... 

Əl-qərəz, ya bu millətin bir hissəsi çöpəgüləndir, ya da məni çöpçüyə aparmaq lazımdır...

Rəşad Ataşov

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan filmləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 10:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com