Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2017
15:33
Çinin ilk imperatoru `əbədilik eliksiri` axtarırmış

Çinin ilk imperatoru Çin Şi Huang ölümsüzlük əldə etmək istəyirmiş. Bunun üçün də imperiyanın bütün sakinlərinə «əbədi həyat eliksiri»nin reseptini tapmağı əmr edibmiş. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Live Sciense xəbər verib.

«Belə bir fərmanın verilməsi və insanların həqiqətən də imperatun arzusunu reallaşdırmağa çalışması faktı bunu deməyə imkan verir ki, nəqliyyat və rabitə sisteminin faktiki olmamasına baxmayaraq Şi Huang bütün ölkə boyu çox etibarlı, effektiv icra və qanunverici sistemi olan hökumət qurubmuş», - deyə qazıntı işlərinin rəhbəri Çjan Çunlun (Zhang Chunlong) bildirib.

Hesab olunur ki, Çinin əsasını «sarı imperator» e.ə. 2800-ci ildə Xuan-di  qoyub. Onun mənəvi varisi e.ə.221-ci ildə 7 düşmən krallığı 1 imperiyada birləşdirən birinci əsl imperator Çin Şi Huang hesab olunur. Sonralar o, Çinə asayiş gətirən qəddar, ancaq ədalətli rəhbər reputasiyası qazanmışdı.

Böyük Çin Səddi, Sinayda nəhəng mavzoley kimi tikililərə və ona qarşı çoxsaylı sui-qəsdlərə görə Şi Huang haqqında heç də «sarı imperatordan» az əfsanələr səsləndirilməyib.

Bu gün isə çinli alimlər qəfil öyrəniblər ki, bəzi miflərə Çin imperatorunun özü də inanırmış. Buna Xunan əyalətində aşkarlanan qeyri-adi tapıntılar, sənədlər şahidlik edir.

10 il ərzində aparılan araşdırmalar zamanı tapılan sənədlərin bir qismində həmin dövrün xronoloqları tərəfindən qeyd olunur ki, imperator  əbədilik fikrinə mübtəla olmuş, bu məqsədlə daim ölkədə müdriklər, yaxud ona ölümsüzlük bəxş edəcək «əbədi gəncliyin mənbəyin» axtarışı məqsədilə səyahət edirmiş.

Hesab olunur ki, məhz bu axtarışlar onun həyatla gənc yaşda vidalaşmasına səbəb olub – o, 39 yaşında civə zəhərlənməsindən vəfat edib. Hesab olunur ki, Şi Huang ömrünün son illərində kinovari (kükürd və civənin qarışığından ibarət parlaq qırmızı rəngli içki) istifadə edirmiş.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Çin imperator terrakota 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 08:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com