Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2017
14:39
Şəkər xəstələri üçün dərman xərcləri açıqlanıb

Şəkərli diabet xəstəliyi üzrə 2011-2015-ci və 2016-2020-ci illər üçün Dövlət Proqramları və tədbirlərdə icraçı təşkilatlar tərəfindən nəzərdə tutulan bir sıra tədbirlərin icrası tam təmin edilməyib.

Bu, Hesablama Palatasının 1 yanvar 2011-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək şəkərli daibet üzrə dövlət proqramları çərçivəsində ayrılan vəsaitlərin və nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair təhlilində əksini tapıb.

Sənəddə qeyd edilib ki, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələri 2011-ci ildə Bilgəh qəsəbəsində və Lənkəran şəhərində və digər yerlərdə təşkil olunsa da, sonrakı illərdə bu iş davam etdirilməyib. Şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının 2011-2012-ci illərdə yaradılması nəzərdə tutulsa da, 2011-2016-cı illərdə Respublika üzrə şəkərli diabet xəstəliyi ilə qeydiyyatda olan xəstələrin vahid elektron registri işləri tam formalaşdırılmayıb.

Şəkərli diabet dövlət proqramı cərçivəsində 2015-ci ildə alınmış 35643,2 min manat dəyərində şəkərsalıcı dərman preparatları və özünənəzarət vasitələrinin 1654,7 min manatı və ya 4,6%-i, 2016-cı ildə alınmış 35784,9 min manat dəyərində şəkərsalıcı dərman preparatları və özünənəzarət vasitələrinin 4245,9 min manatı və ya 11,9%-i Səhiyyə Nazirliyinin İnnovasiya və Təhcizat Mərkəzinin anbarında qalıb. Təhlili aparılmış şəhər və rayonlarda bir xəstəyə düşən dərman xərci 2011-2016-cı illərdə müvafiq olaraq 188,1 manat, 184,7 manat, 184,7 manat, 179,4 manat, 172,7 manat və 142,4 manat, bu göstərici Bakı şəhəri üzrə 274,6-176,1 manat, Gəncə şəhəri üzrə 256,0-189,9 manat, Qusar rayonu üzrə 223,9-346,6 manat və Siyəzən rayonu üzrə isə 191,2-249,2 manat olub. Şəkərli diabet xəstələrinin özünənəzarət vasitələri ilə təminatı üzrə bir xəstəyə düşən xərc 2011-2016-cı illərdə müvafiq olaraq 16,50 manat, 16,23 manat,18,31 manat,14,15 manat,19,51 manat və 12,95 manat, bu göstərici Gəncə şəhəri üzrə 16,2-69,0 manat, Şirvan şəhəri üzrə 17,0-51,6 manat, Şamaxı rayonu üzrə 20,1-44,39 manat, Ağsu rayonu üzrə isə 18,0-77,8 manat olub.

Təhlilin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə olunaraq qərar qəbul edilib. Qərarın surəti Səhiyyə Nazirliyinə göndərilib./APA

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : şəkərli diabet 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 22:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com