Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2017
12:49
Ceko: `Qarabağ`a qarşı oyunumuz asan olmamışdı`

"Qarabağ"a qarşı oyunumuz asan olmamışdı. Bilirdik ki, qalib gəlsək, qrupda birinci yeri tutacağıq. İlk hissədə bir neçə şansımız oldu, lakin qol vura bilmədik". Qol.az-ın məlumatına görə, bu sözləri "Roma"nın futbolçusu Edin Ceko klubun telekanalına müsahibəsində deyib.

"İkinci hissənin əvvəllərində isə Dieqo Perotti hesabı açdı. Bundan bir müddət sonra "Atletiko" İngiltərədə "Çelsi"yə qol vurdu. Qorxurdum ki, hesabı açmasaq, işimiz daha çətin ola bilər. Lakin yekunda biz qalib gəldik və Londondakı oyunun nəticəsini gözlədik" - deyə o bildirib.

Qeyd edək ki, "Roma" ÇL-in qrup mərhələsinin son oyununda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək qrupu birinci pillədə tamamlayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Edin Ceko 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 17:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com