Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Dekabr

2017
12:32
817
Səudiyyə Ərəbistanından Həcclə bağlı yeni layihə
Yaxın gələcəkdə Məkkə 30 milyon zəvvar qarşılaya biləcək

Səudiyyə Ərəbistanı  Məkkədə 30 milyon  hacı və ümrə  ziyarətçilərini qarşılaya bilmək üçün  yeni layihələr həyata keçirməyə çalışır. FaktXeber.com-un məlumatına görə, bu barədə Səudiyyənin  rəsmi SPA agentliyi xəbər verib. Bildirilir ki, mövzu ilə əlanqədar  Ciddə şəhərində konfrans keçirilib.

Tədbirdə  layihələrin maketləri təqdim olunub. Müəlliflər Məkkədə, xüsusən Hərəmin ətrafının genişləndirilməsi, elektrik, su və səhiyyə sahələrində yeniliklər həyata keçirilməsi, otellərin sayının artılırması, nəqliyyatda dəyişikliklər edilməsi və Ciddədəki aeroportun  böyüdülməsini təklif ediblər.

Layihələrin 2030-cu ilədək həyata keçirilməsi planlaşdırılır.

Səudiyyə Ərəbistanı hazırda 5 milyon ümrəçi və 2 milyon hacı qarşılaya bilər.

Məqalədə : Həcc 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 16:08

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru