Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2017
12:00
1481
Bank əməkdaşı 425 min dollar mənimsədi

Bakıda bankın vəzifəli əməkdaşı müştərilərin pulunu mənimsədiyinə görə tutulub.

“Bank of Baku”nun baş eksperti Eldar İsmayılov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Məlumata görə, E.İsmayılov bankın müştərilərinin ümumilikdə 425 min ABŞ dolları məbləğində pulunu öz hesabına köçürərək nağdlaşdırmaqda şübhəli bilinir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Fakt “Bank of Baku”nun Reklam və İctimaiyyətlə əlaqələr departamentindən “Report”a təsdiqlənib. Lakin əməkdaşın adının Eldar İsmayılov olmadığı bildirilib. Bankdan qeyd olunub ki, Eldar İsmayılov adlı şəxs  “Bank of Baku”fəaliyyət göstərmir: “İstintaq sirri olduğu üçün adı açıqlanmayan bankın əməkdaşlarından birinin öz vəzifə öhdəliklərindən sui-istifadə edərək cinayət əməli törətməyə cəhd etmək istəyi aşkar olunmuş və dərhal bu cəhdin qarşısı bank tərəfindən alınmışdır. Hal-hazırda məsələ ilə bağlı polis tərəfindən istintaq-araşdırma işi aparılır”.(Report)

Məqalədə : Bank of Baku 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 04:59

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status