Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2017
10:00
Azərbaycanlı gənc yeni layihə təqdim etdi - Tezuçar - VİDEO

Azərbaycanlı gənc yeni layihəsini təqdim edib.

Bu barədə FaktXəbər-ə layihə rəhbəri Tural İsmayılzadə məlumat verib. O bildirib ki, yeni, 3-cü ən böyük layihəyə “Tezuçar” adı verilib və model 5 fərqli nüsxəni - avtomobili, təyyarəni, vertolyotu, qayığı və sualtıqayığı özündə birləşdirən yeni növ nəqliyyat vasitəsidir: "Layihə azərbaycanlı gənclərin birgə əməyi nəticəsində ərsəyə gəlib. “Tezuçar”-ın hərbi məqsədlərdə və sərnişindaşımada istifadəsi mümkündür.

Layihənin hazırlanmasında məqsəd insanların hərəkətini daha da asanlaşdıran, səyahətlərini həm zaman, həm də maddi baxımdan daha səmərəli edən, ekonom, təhlükəsiz, eko sistemə zərərsiz nəqliyyat vasitəsinin yaradılmasıdır."

“Tezuçar”-ın ümumi uzunluğu 10 metr, qanadlarla birgə eni 12 metr, qanadlar transformasiya olduğu halda eni 2,8 metr, hündürlüyü isə 2,6 metrdir. Nəqliyyat vasitəsinin yüklənməmiş çəkisi 6 ton, sərnişin daşıma gücü 2 ton, yükdaşıma gücü 3 ton və texniki təchizat tutumu 5 ton olmaqla, ümumi çəkisi 16 ton hesablanır. Nəqliyyat vasitəsi 16 sərnişin və 2 heyət üzvü olmaqla ümumilikdə 18 nəfərlik tutuma sahibdir.

“Tezuçar” istər quruda, istər havada, istər də suda olarkən raharlıqla bir vasitədən digərinə transformasiya oluna bilir. Bunun üçün prototip 8 sektora ayrılaraq hərəkətli və sabit dayanıqlı konstruksiyadan hazırlanacaq. Sərt konstruksiya metal gövdədən, hərəkətli mexanizmlər isə kompozit və qrafindən hazırlanaraq yüngül, elastik və sərt material ilə çəkinin və sürtünmənin azaldılması, müqavimətin çoxaldılması və sürətin artırılması hədəflənir.

“Tezuçar”-ın sahib olacağı kəskin əyilmə bucağı 35º olacaq və maksimumda əks-güc stabilləşmə aparmağa kömək edəcək, bununla da havada külək, dənizdə isə su axınının təsiri azaldılacaq.

“Tezuçar”-da biri kontroller olmaqla 8 ədəd sabit mühərrik qutusu yerləşəcək. Bundan əlavə 6 ədəd qaldırıcı, 1 ədəd sürətləndirici və 4 ədəd su çevrici pərlərə, həmçinin 3 rejimli 2 ədəd qanada və tək rejimli quyruğa sahib olacaq. Bu mexanizmin köməyi ilə nəqliyyat vasitəsinin bir evin bağçasına və ya küçəyə enməsi, şaquli və vertikal qalxma və enmə əməliyyatları həyata keçirməsi mümkün olacaq.

Məqalədə : Tezuçar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
245

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
220

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
239

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
256

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
295
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 16:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru