Rotşild ailəsinin nəzarətinə keçməyən 4 ölkə

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2017
16:12
4552
Rotşild ailəsinin nəzarətinə keçməyən 4 ölkə

Rotşild ailəsi onlara milyonlar və hakimiyyətlər qazandıran mərkəzi bank sistemlərini yavaş-yavaş, amma doğru şəkildə dünyanın hər bir ölkəsinə quraşdırıblar. 

FaktXəbər-in məlumatına görə, Dmitri Redoutov adlı araşdırmaçı 2017-ci ilin sonuna cəmi 4 ölkənin bundan qaça bildiyini yazır. Amma Tramp Rokfeller və Sorosa qarşı müharibədə Rotşildlərin sadiq dostudur və buna görə də nüfuzlu ailələrin nəzarətindəki ölkələrin sayı 5 deyil, 4-dür. Trampın hakimiyyətə gəlişi ilə Şimali Koreyaya hücumlar artdı və intensivləşdi.

Aşağıdakı ölkələrin Qərb mediası tərəfindən davamlı olaraq hücuma məruz qalması təsadüfi deyil, çünki bu ölkələrin hücuma məruz qalmasının əsas səbəblərindən biri Rotşildlərin (Rothschild) mərkəzi bankının olmamasıdır.

Mərkəzi bankın yaradılması üçün ilk öncə həmin ölkə Rotşild ailəsinin nəzarətində olan bankdan talançı kredit götürməyə məcbur edilir.

Əgər ölkə kredit götürmürsə, onda dövlət başçısı öldürülür və Rotşild ailəsinə loyal bir lider onun yerini tutur. Ölümüm icrası baş tutmazsa, ölkə işğala məruz qalır və mərkəzi bank terror təhdidi bəhanəsi ilə zorla yaradılır.

2000-ci ilə qədər Rotşild ailəsi tərəfindən idarə edilən mərkəzi bank sistemi olmayan 8 ölkə var idi:

Əfqanıstan

İraq

Sudan

Liviya

Kuba

Şimali Koreya

İran

Suriya.

Mərkəzi bankları qanunsuz olaraq Rotşild ailəsinə məxsus olan xüsusi banklar yaradıblar.

Bu ailə 230 ildir mövcuddur. Onlar planetin bütün ölkələrinin liderlərini, hökumətlərini və kabinet üzvlərini fiziki və iqtisadi ölümlə, məhvlə təhdid edir, daha sonra mərkəzi bankı nəzarətdə saxlamaq və dövlət büdcəsini idarə etmək üçün öz adamlarını həmin ölkəyə göndərirlər.

Bundan əlavə, Rotşild ailəsi hər hansı bir hökumətin makro səviyyədəki fırıldaqlarına nəzarət edir və şəxsi həyatımızda gündəlik uyğunsuzluqlarla mübarizə aparır.

2003-cü ildə Rotşildlərin mərkəzi bankı olmayan ölkələrin siyahısına bunlar daxil idi:

Sudan

Liviya

Kuba

Şimali Koreya

İran

Suriya.

9 sentyabr 2001-ci ildə Nyu Yorkdakı terror aktı da planlı şəkildə həyata keçirilmişdi. Məqsəd Əfqanlstan və İraqda mərkəzi bank yaratmaq idi. 

Hazırda Kuba, Şimali Koreya, İran və Suriya vətəndaşları potensial terrorçu hesab edilir, çünki bu ölkələrdə Rotşild ailəsinə məxsus bank yoxdur. 2017-ci ilin sonuna Rotşild ailəsinin mərkəzi bank sistemi olmayan sadəcə bu ölkələrdir.

Ərəb ölkələrində baş verən iğtişaşlardan sonra Rotşild ailəsi üçün geniş yol açıldı və bir çox siyasi liderlərə təzyiq üçün daha çox güc verdi.

Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyat Bankı (FED) öz mülkü olan və ABŞ qanunları ilə qorunan xüsusi şirkətdir  və demək olar ki, ümumi ictimaiyyət üçün qapalıdır.

Bu xüsusi şirkət (Rotşildlər, Rokfellerlər və Morqanlar ailəsi tərəfindən idarə olunur) ABŞ hökuməti üçün pul çap edir və bu xidmətə görə onlardan faiz alır. Bu o deməkdir ki, əgər amerikalılar bu gün ölkənin borcunu ödəyərlərsə və öz pullarını çap etməyə başlayarlarsa, onlar borc götürülən 1 dollardan başlayaraq FED-ə borclu olacaqlar.

Bundan əlavə, ABŞ vətəndaşları bilmirlər ki, Daxili Gəlir Xidməti (İRS) xarici agentlik hesab edilir.

Daha dəqiq desək, İRS Beynəlxalq Valyuta Fondunun (BVF) xarici xüsusi orqanıdır və FED-in “xüsusi ordusu” dur.

Onun əsas hədəfi Amerika xalqının vergi ödəməsi və yaxşı köləlik etməsidir.

Rotşildlər İran banklarına da nəzarət etmək istəyir.

Ola bilərmi ki, İran İslam Respublikasının Mərkəzi Bankı (CBİ) İranın Qərb və İsrailin hədəflərinin kəsişmə nöqtəsinə gəlməsinin əsas səbəblərindən biri olsun?

İslam qanunları faiz alınmasının qadağan edir. Bu isə Rotşild bank sistemi üçün ciddi problemdir. Bir neçə yüz il əvvəl faiz dərəcələrinin hesablanması xristian dünyasında da qadağan edilmişdi və hətta ölümlə cəzalandırıla bilərdi. O, quldurluq hesab edilirdi.

1815-ci ildə Rotşild ailəsi İngiltərə Bankını tutduqdan sonra onlar dünya bankları üzərində nəzarəti genişləndirdilər. Onların üsulu ölkələrin korrupsiyalaşmış siyasətçilərini heç vaxt geri qaytara bilməyəcəklər böyük kreditlər almağa məcbur etmək idi. Bu isə onları daimi olaraq Rotşildlərə borclandırır.

Rotşild ailəsi dünyanın əsas xəbər agentliklərinə də güclü təsir göstərir. Eyni mövzunun davamlı olaraq şişirtilməsi kütlələri “pis terrorçular” barədə dəhşətli hekayələrə inanmağa təşviq edir.

Onlar həm qızılın qiymətini müəyyən edən London Qızıl Birjasına, həm də dünyadakı əsas qızıl ehtiyatına sahibdirlər. Bildirilir ki, ailə planetin mövcud aktivlərinin yarıdan çoxuna sahibdir. “Credit Suisse” bu aktivlərinin dəyərinin təxminən 231 trilyon dollar olduğunu qeyd edir və bütün bunlar Evelin Rotşildin nəzarətindədir.

Məqalədə : Rotşild 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 11:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com