Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2017
15:40
1868
Rəşad Sadıqov özünə xaricdən köməkçi götürdü

21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərindən biri müəyyənləşib.

FaktXeber-in Qol.az  saytına istinadən yaydığı xəbərə görə, bolqarıstanlı Vladislav Yanuş U-21-in məşqçilər korpusunda yer alacaq. O, komandanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub.

Qeyd edək ki, Yanuş milli komandalarda çalışan ikinci bolqar mütəxəssis olacaq. Ondan əvvəl Qurban Qurbanovun “Qarabağ”dakı köməkçisi Çudomir Çakarov əsas milliyə təyinat alıb.

Asenovqrad şəhərində anadan olan Yanuş ölkəsində “Lokomotiv” (Plovdiv) və “Beroe” klublarında çalışıb. Son illərdə “Vereya” və “Liteks” klublarında Jivko Jelevin köməkçisi işləyib.

Qeyd edək ki, Aftandil Hacıyev və Faiq Əzizovun da Rəşad Sadıqovun köməkçisi olacağı gözlənilir.

Məqalədə : Rəşad Sadıqov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 02:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com