Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

28 Dekabr

2017
12:53
828
Bioloqlar xərçəng hüceyrələrini aclıqla yox etdilər

Moskva Dövlət Universiteti isveç həmkarları ilə birlikdə hüceyrələri aclığa məcbur edib, bu da onların özlərini məhv etməsi ilə nəticələnib. Xərçəng hüceyrələri  qidalandırıcı maddələri və oksigeni özündə cəmləşdirir, bunun sayəsində də çoxalır. Bu səbəbdən bioloqlar onların «yeməyini» məhdudlaşdırıb. Əgər hüceyrə aclıq şhiss edərsə, onun üçün həyati vacib olan  zülalları istehsal edə bilmir.

FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, MDU biologiya fakültəsinin  professoru  Boris Jivotskiy bildirib ki, zədələnmiş hüceyrələrin «iştahının öldürülməsi» immun sisteminə onunla mübarizəyə kömək edir. Bu, həmçinin  kimyəvi və immun terapiyanın effektivliyini artırır.

«Aclıq» prosesini öyrənmək üçün alimlər iki növ «ölümsüz» xərçəng hüceyrələrini  yetişdiriblər, sonra isə  onları yeməkdən məhrum ediblər. Bundan sonra bir neçə genin aktivliyi azalıb. 

Hücyerələrin «intiharı» zülal və eyni adlı Mcl-1 geninin iş sistemindən asılıdır. Belə bir sistem  həm sağlam, həm də bir çox xərçəng hüceyrələrində var. Zülal molekullarından bir hissə hüceyrənin «intihar» prosesini işə salmağa məcbur edir, digərləri isə  onu dəf edir.

BBA General subject-in  məqaləsində deyilir ki, sağlam insanda «ölüm züllaları», «Mcl-1» və onların işini dəf edən digər molekullar arasında tarazlıq var. Lakin onkoloji xəstəliklər zamanı  tarazlıq  Mcl-1 tərəfinə dəyişir və şiş  hüceyrələri ölmürlər.

Bu səbəbdən rusiyalı alimlər  kiçik  RNT  molekulu yaradıblar. Onlardan bəziləri Mcl-1-in aktivliyini artırır, digəri isə işini dayandırırdı.

Qeyd edək ki, bundan əvvəl də amerikalı alimlər xərçənglə mübarizədə aclıq metodu barədə danışmışdılar. Kolorado Universitetində xərçəng hüceyrəsini onların bölünməsində rolu olan qlukozanı daha az qəbul etməyə məcbur edilmişdi. Nəticədə dərman preparatları daha effektiv təsir göstərib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 23:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru