Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2017
12:18
3152
`Nardaran işi` məhkəməsi başa çatdı - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, Ağəli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Elgün Axundov, İsa İbrahimov, Seyfəddin Şirvanov, Vüsal Alış, Fərhad Muradov 12 il 6 ay, Seymur Aslanov, Əli Şahbazov, Ramil Əliyev və Əmirli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Elçin Qasımovun 16 il, Ağəli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il və Əmirli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə : Elçin Qasımov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 01:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com