Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2017
09:13
2089
2018-ci ildə iqtisadiyyatımızda 1,5 faiz artım gözlənilir

2017-ci ildə iqtisadiyyatda yaranmış geriləmənin aradan qaldırılması istiqamətində görülən işlər 2018-ci ildə də davam etdiriləcək.

Bunu maliyyə naziri Samir Şərifov AZTV-də efirə gedən "Günün nəbzi" verilişində bildirib.

"Qəbul edilmiş dövlət büdcəsi bunun üçün münbit şərait yaradır. İlk növbədə ona görə ki, artıq İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi proqnoza görə, ölkə iqtisadiyyatının növbəti ildə 1,5 faiz artacağı gözlənilir. Artımın əksər hissəsi qeyri-neft sektorunun payına düşəcək. Bu vacib bir göstəricidir. Çünki cari ildə də qeyri-neft sektoru 22,4 faiz artıb, lakin neft sektorunda bizdə bir qədər geriləmə var", - deyə nazir bildirib.

Onun sözlərinə görə, ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşmaq üzrədir və bu proses davam edəcək:

"Prinsip etibarı ilə neft sektorunda azalma mövcuddur. Bu təbii haldır. Çünki bəzi neft yataqlarımızın istismar müddəti başa çatmaqdadır. Və şübhəsiz ki, orada olan neft ehtiyatları bir qədər tükənir. Bu sektorda müəyyən geriləmə qaçılmazdır.

Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, OPEC ölkələri neftin qiymətinin ədalətli səviyyələrdə sabitləşdirilməsi üçün bir sıra təbirlər görüb. Hətta söhbət artıq OPEC+-dan gedir. Təşkilata üzv olmayan ölkələr də buna qoşulub. Azərbaycan da bu proseslərə qoşularaq neft hasilatını bir qədər azaltmağa qərar verib. Bu da öz təsirini göstərir. Nəticə etibarı ilə, qeyri-neft sektorunun artması və neft sektorunun azalması gözlənilir".

S.Şərifov bildirib ki, dövlət başçısı da hökuməti istiqamətləndirir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olunsun.

"Çünki biz neftdən asılı qala bilmərik. Biz həm neftlə bağlı qiymət şoklarının şahidi olmuşuq. Şübhəsiz ki, bu ölkə iqtisadiyyatları üçün çox böyük problemlər yaradır. Yəni burada təkcə Azərbaycandan söhbət getmir. Bütün neft hasil edən ölkələr bu şoklarla üzləşiblər və bu onların iqtisadiyyatında mənfi nəticələrə gətirib çıxarıb. Ona görə də, əsas strateji yol ondan ibarətdir ki, biz neft üzərində qurulmuş iqtisadiyyatdan, qeyri-neft sahəsi üzərində qurulmuş iqtisadiyyata keçidi təmin edək və bunu mümkün qədər qısa müddətə edək"./Report

Məqalədə : Samir Şərifov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 15:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com