Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2017
15:24
`Azəriqaz` bayramda gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) Novruz bayramı ilə əlaqədar martın 16-dan 29-dək gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə FaktXəbər-ə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, “Qaz təsərrüfatının istismarı” şöbəsində və qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. 

“Azəriqaz” İB təbii qaz istehlakçılarından Novruz bayramı günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azəriqaz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 23:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com