Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2017
13:45
`Söz azadlığı və dini icmalar` mövzusunda konfrans
"İslam həmrəyliyi və media" mövzusunda keçirilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icması tərəfindən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib.

Konfransı açıq elan edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsi, Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün dini mövzularla bağlı seminarların 2018-ci ildə də davam etdiriləcəyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin dini sahədə maarifləndirilməsinin davam etdirilməsinin vacib olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva "Din və informasiya təhlükəsizliyi" mövzusunda çıxış edib.

Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, milli kimlik dini mənsubiyyətdən öncə gəlir: "Din o qədər incə məsələdir ki, bizi şüuru və qeyri-şüuru vəziyyət arasında asılı vəziyyətdə saxlayır. Belə tədbirlər dinlə manipulyasiyaların qarşısının alınmasında önləyici rol oynayır. Milli və dövlət maraqları həmişə öndə olmalıdır".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Din mətbuat 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 15:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com