Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2017
08:47
1994
“Rusiya dünya miqyasında stabilləşdirici faktordur”

"Rusiya dünya miqyasında stabilləşdirici faktordur". Bunu MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Rusiya - MDB-ni birlşdirən ölkə, Birliyinin əsas ölkəsidir. Ona görə də, təbii ki, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə müsbət təsir göstərir. Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında ictimai siyasi stabillik təmin olunub. Bu ictmani razılığa söykənir", - deyə İlham Əliyev vurğulayıb.

İlham Əliyev Azərbaycanda heç kəsin Rusiyada gələn il keçiriləcək prezident seçkilərində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə etmədiyini söyləyib: "Biz çox yaxşı bilirik ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı sizin adınızla bağlıdır. İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil. Son illərdə olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası, konfesiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olduq. Ona görə də, bütün bu mövcud beynəlxalq panorama bir daha sizin kursunuzun düzgün olduğunu deyir. Ona görə ki, Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur".

Məqalədə : İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 11:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com