Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Dekabr

2017
12:42
771
Azərbaycanda sahibkarlıq 4 cür olacaq

Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq. Bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Belə ki, qanuna yeni 4-1 maddə (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) əlavə edilir.

Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.

Qanuna dəyişiklik Milli Məclisin dekabrın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə : Milli Məclis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 17:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru