Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2017
09:49
Rəhim Qazıyev saxlanılıb

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev saxlanılıb. Bu barədə "Report"a onun dostu, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Ə.Zeynallı bildirib ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: "Onun hansı səbəbə görə saxlanılması barədə bizə məlumat verilmədi. Dedilər ki, bölməyə sabah gələk. Bu gün 17-ci Polis Bölməsinə gedəcəyik".

Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rəhim Qazıyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 15:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com