Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2017
14:01
DİM-in yeni saytı təqdim olunur

Dövlət İmtahan Mərkəzində (DİM) tədbir keçirilib.

Tədbirdə DİM-in saytının yenilənmiş versiyası təqdim olunub, 2017-ci ildə keçirilən imtahanlarda fərqlənmiş imtahan rəhbərləri, nəzarətçi-müəllimlər, imtahanlarda istifadə olunan yazı işi tapşırıqlarının, qiymətləndirmə meyarlarının hazırlanmasına, yoxlanılmasına cəlb olunan fənn müəllimləri, dövlət qulluğuna aid işlərin həyata keçirilməsində fəal iştirak edən müstəqil ekspertlər müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılıb.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna dair bəzi məsələlər barədə çıxış edib. O bildirib ki, dövlət qulluğuna qəbul imtahanları həm elektron, həm də kağız daşıyıcılar vasitəsilə keçirilir: "İştirakçıların sayından və bizim texniki imkanlarımızdan asılı olaraq elektron imtahan keçirmək üçün müəyyən zallarımız var. İmtahana qeydiyyatdan keçənlərin sayı məlum olandan sonra dövlət qulluğuna qəbul imtahanlarının elektron, yoxsa kağız daşıyıcılarla keçirilməsi barədə iştirakçılara məlumat veriləcək".

DİM sədri qeyd edib ki, yeni saytın üzərində ancaq Mərkəzin mütəxəssisləri çalışıb: "Bu il Azərbaycan vətəndaşları 7 milyon dəfə Mərkəzin müxtəlif növ elektron xidmətlərindən istifadə edib".

Tədbirdə dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin noyabrın 18-də keçirilən test imtahanı nəticələrinə əsasən, müvəffəqiyyət əldə etmiş namizədlərə sertifikatlar təqdim olunub.

İmtahanda iştirak edən namizədlərdən AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə 4 nəfər olmaqla, ümumilikdə 13 nəfər uğur qazanıb. Bu şəxslər dövlət qulluğunda tətbiq olunan yeni qanunvericiliyə əsasən, sertifikat almış ilk şəxslərdir.

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
273

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
287

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
528
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 03:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru