Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2017
12:39
Dünyada 2 dənə var: İlk dəfə görüntüləndi - VİDEO

Hititlər dönəmindən kral və katib arasında yazışmalarda istifadə edilən və dünyada 2 ədəd olduğu bildirən 3600 illik möhür ilk dəfə görüntülənib. FaktXeber.com-un məlumatına görə, bu barədə İHA xəbər yayıb. Bildirilir ki, möhürün bir örnəyi ABŞ-ın  ən böyük muzeyi Metropolitendədir. 

Sözügedən möhür isə 2015-ci ildə Çorum Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə idarəsinin keçirdiyi əməliyyat nəticəsində  krem qutusunun içində ələ keçmişdi.

Üzərində  müxtəlif fiqurlarla  heroqlif yazıların olduğu bürünc Hitit möhürünün qiyməti yoxdur.

Çorum Muzeyinin müdiri  dr. Önder İpek möhürün üzərindəki  heroqlif və yazıların gələcəkdə elm adamları tərəfindən öyrəniləcəyini bildirib.

Hititlər və ya etilər antik dövrdə Anadolu regionunda  dövlət qurmuş mühüm siviliyzasiyalardan biri olub. Onların e.ə. 2000-ci illərdə Anadoluya köçərək yerli  Hatti knyazlıqları  üuzərində hökmranlıq etdikləri məlumdur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : möhür 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 22:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com