Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2017
11:32
Doqquzuncu siniflər üzrə monitorinq aparılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin IX sinifləri üzrə monitorinq təşkil edilib.

BŞTİ-dən FaktXəbər-ə bildiriblər ki, bu qurumun nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi tərəfindən monitorinqin keçirilməsinin əsas məqsədi Azərbaycan dili fənni üzrə şagirdlərin oxu və yazı bacarıqlarını yoxlamaqdır.

Dekabrın 22-də təşkil olunmuş monitorinq zamanı məktəblilərə müvafiq bilik və bacarıqlarını nümayiş etdirmək üçün 1,5 saat vaxt verilib. Şagirdlər “Fırtına” mövzusunda ifadə yazıb və mətn əsasında 15 test sualını cavablandırıblar.

Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 07:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com