Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2017
10:47
Dünyada 2017-ci il belə keçdi

Müharibələr, münaqişələr, siyasi böhranlar, terror hücumları, qəzalar və təbii fəlakətlər 2017-ci ildə də dünya gündəmini məşğul edib.

2017-ci ilə damğasını vuran hadisələr Suriyada 6-cı ilini başa vuran vətəndaş müharibəsi, Myanmar ordusunun əməliyyatları ilə didərgin düşən yüz minlərlə Arakan müsəlmanı, Şimali Koreyanın nüvə sınaqları, Donald Tramp rəhbərliyinin köçkünləri və müsəlmanları hədəf alan siyasətləri, Venesueladakı iqtisadi böhran və hakimiyyət əleyhinə nümayişlər, Cənubi Koreyadakı siyasi qalmaqal və təbii ki, Qüds məsələsi olub.

İlin ilk iki ayında diqqət çəkən məqamlardan biri ABŞ prezidenti Donald Trampın qaçqınların ölkəyə qəbulunu məhdudlaşdıraraq miqrant vizalarına sərt təhlükəsizlik prosedurları tətbiq edən prezident fərmanını imzalaması oldu.

Braziliyada ölkənin şimalındakı Amazonas ştatında başlayan və başqa bölgələrə sıçrayan həbsxana qiyamlarında bir həftə ərzində 100 nəfərlik ömürlük məhbus öldü.

Rusiya, Türkiyə və İran prezidentlərinin Astanada başlayan danışıqlarının ilk iclasında Suriyadakı atəşkəs rejiminin üçtərəfli mexanizmlə izlənməsi və həyata keçirilməsinin təmin edilməsi məsələsində razılıq əldə olundu.

Pakistanın cənubundakı Sind əyalətində Sehvan şəhərindəki sufi alimlərindən olan Lal Şahbaz Kalandarın türbəsində törədilən terror hücumunda 80 nəfər öldü, onlarla insan yaralandı.

ABŞ prezidenti Donald Tramp əhalisinin əksəriyyəti müsəlman olan 6 ölkə (İran, Suriya, Somali, Sudan, Yəmən və Liviya) vətəndaşlarına 3 ay yeni viza verilməsini qadağan edən sərəncam imzaladı.

İsraildə azanın saat 23.00 ilə 07.00 arasında səsucaldanla oxunmasının qadağan olunmasına dair qanun layihəsi parlamentdə (Knesset) səsverməyə qoyuldu və qəbul edildi.

İngiltərə Lissabon Müqaviləsinin 50-ci maddəsini əsas götürərək 44 illik üzvlükdən sonra Avropa Birliyindən ayrılma prosesini rəsmən başlatdı.

Cənubi Koreyada korrupsiyaya görə səlahiyyətləri müvəqqəti olaraq əlindən alınan prezident Park Geun-hye vəzifəsindən uzaqlaşdırıldı.

Suriyanın İdlib vilayətinin Xan Şeyxun qəsəbəsinə terrorçular tərkibində sarin qazı olan kimyəvi silahla hücum etdilər, 100-dən çox mülki vətəndaş öldü.

Misirdə İŞİD terrorçuları iki kilsəyə qarşı terror aktı həyata keçirdi: 43 nəfər öldü, 119 nəfər yaralandı.

Əfqanıstanın Bəlx vilayətindəki 209-cu ordu komandanlığına hərbi geyimli 10 nəfərin keçirdiyi silahlı hücumdan sonra baş verən qarşıdurmada 140 təhlükəsizlik işçisi dünyasını dəyişdi.

Pakistanda neft daşıyan tankerin aşdıqdan sonra yanması nəticəsində 212 nəfər öldü.

İngiltərənin paytaxtı Londonda 24 mərtəbəli mənzilin ikinci mərtəbəsində baş verən və qısa müddətdə bütün binanı bürüyən yanğında 79 nəfər öldü.

ABŞ prezidenti Donald Tramp ölkəsinin Paris İqlim Müqaviləsindən çıxdığını elan etdi və keçmiş prezident Barak Obamanın Kuba ilə başlatdığı normallaşma prosesini ləğv etdi.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir terrora dəstək verməklə ittiham etdiyi Qətərlə bütün diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.

NASA-nın Kepler teleskopu Günəş sisteminin xaricində həyat ehtimalı olan Yer böyüklüyündə 10 planet kəşf etdi.

Şimali Koreya ilk qitələrarası balistik raket sınağını uğurla həyata keçirdiyini açıqladı.

2014-cü ilin iyun ayından İŞİD terror təşkilatının işğalında olan İraqın ikinci böyük şəhəri Mosul azad edildi.

Kolumbiyada 52 illik müharibə sona çatdı.

Myanmarda silahlı qrupların sərhəd məntəqələrinə hücumunu iddia edən ordu qüvvələri Arakanda mülki vətəndaşları hədəf alan əməliyyatlarda minlərlə müsəlmanı öldürdü. 27 min müsəlman Banqladeşə qaçdı.

Şimali Koreya 2006-cı ildən bu yana altıncı və ən böyük nüvə sınağını keçirdi.

Meksikada 8 və 19 sentyabrda baş verən 8,1 və 7,9 bal gücündəki zəlzələlərdə ümumilikdə 462 nəfər dünyasını dəyişdi.

İraq Federal Məhkəməsinin Konstitusiyaya zidd olduğunu elan etməsinə baxmayaraq, İraq Kürd Regional Birliyi müstəqillik referendum keçirdi. Beynəlxalq cəmiyyətin də tanımadığı referendumdan sonra mərkəzi hökumət qüvvələri bölgəyə müdaxilə etdi.

İspaniya birtərəfli şəkildə müstəqilliyini elan edən Kataloniyanın muxtar idarəçiliyinin səlahiyyətlərini mərkəzi hökumətə təhvil verdi.

ABŞ-ın Las-Veqas şəhərində konsertin keçirildiyi meydandakı şəxslərə oteldən bir nəfər atəş açaraq 58 nəfəri öldürdü.

İranda baş verən 7.2 bal gücündəki zəlzələdə 502 nəfər dünyasını dəyişdi.

Somalinin paytaxtı Moqadişuda avtomobillə həyata keçirilən 2 bombalı hücumda 358 nəfər dünyasını dəyişdi.

ABŞ Qüdsü rəsmi olaraq İsrailin paytaxtı olaraq tanıdı.

Zimbabve prezidenti Robert Muqabe hərbi rejimlə təxminən 37 ildir davam edən iqtidarını itirdi.

Livan baş naziri Saad Hariri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda canlı yayımda Hizbullah və İranı bölgədə stabilliyi pozmaqda günahlandıraraq istefa verdiyini açıqladı. Hariri 17 gün sonra prezident Mişel Avnın istəyi ilə istefasını geri götürdü.

İraq baş naziri Heydər Əl-İbadi bütün ölkə ərazisinin İŞİD terror təşkilatından azad edildiyini bildirərək, təşkilata qarşı qələbə çaldıqlarını açıqladı.

Virtual pul vahidi olan Bitcoinin dəyəri sürətlə qalxaraq 20 min dollara çatdı və sonradan dəyirini 50 faizədək itirdi.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dünyada 2017 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 06:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com