Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2017
15:00
2497
`Görmədiyim sifətləri gördüm...`
Rauf Arifoğlu:`Bizim olduğumuz düşərgə iqtidara gəlsə ziyan gətirəcəkdi`

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu "Lent.az" saytına maraqlı müsahibə verib. FaktXəbər-in məlumatına görə o, müsahibəsində bir zamanlar təmsil olunduğu düşərgə barəsində maraqlı məqamlara toxunub. 

R.Arifoğlu bildirib ki, Azərbaycan çox mürəkkəb bir regionda çox mürəkkəb bir dönəmdən keçir və ölkənin yükünü indiki hakimiyyətdən başqa heç kim götürə bilməz:

"Elə bir komanda yoxdur, qalmayıb və bu yaxşı deyil. Ölkəmizin reallığı bundan ibarətdir ki, bu hakimiyyət Azərbaycanı indiki situasiyalarda bütün mənalarda təmsil edən tək komandadır. Buna görə də ona bir az da həssasiyyətlə baxıram ki, hakimiyyətə bir şey olsa, Azərbaycana bir şey olar. Ərəb ölkələrindəki nümunələr bizə ciddi siqnal idi. Bəlkə də 2012-ci ilə qədər çoxları fikirləşirdi ki, hakimiyyətdir, gedər, dəyişər, dövr edər...

2005-2006-cı illərdən sonra artıq inqilab haqda düşünmürdüm. Çünki gördüm ki, bizim olduğumuz düşərgə iqtidara gəlsə ziyan gətirəcək. 2003-cü ildə isə elə əminliyim yox idi... Gördüm ki, yox, yıpranmış düşərgədir, illərlə heç bir inkişaf amilini nəzərə almadan içində bir nifrət, kin bəsləyib. Belə qüvvələrin iqtidara gəlməsi məni narahat edirdi... Sonra 2010-cu il seçkilərində müxalifətin vahid bir bloku yarandı...

Mən o blokun rəhbərliyinə seçildim və seçkilərə qədər rəhbərlikdə oldum. Müxalifətin mərkəzi ora idi, görmədiyim sifətləri gördüm, tanımadığım adamları tanıdım, tanıdıqlarımı bir də yenidən tanıdım və gördüm ki, yox, bu, fəlakət olar.

...Müxalifətdə çox qalmaq da təhlükəli bir şeydir və bundan xəbər verir ki, burada uğursuzluq var, hakimiyyətə yaxınlaşmaq belə mümkün olmur. Söhbət mövhum olaraq iqtidara yaxınlaşmaqdan gedir. Yəni 20-25 yaşında böyük ümidlərlə siyasətə gələn gənclər artıq 50 yaşını keçiblər, dişlər tökülüb, ümidlərin əksəriyyəti mırıq qalıb və bütün bunların yerini də qəzəb, kin, nifrət alıb."

Məqalədə : Rauf Arifoğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 17:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  faktx[email protected]

Valyuta.com