Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2017
12:26
2362
AİP Baş Məclisinin toplantısı keçirilib

Bu gün Azərbaycan İslam Partiyasının qərargahında Baş Məclisin toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, toplantıda ötən məclisdən bu günə keçən hesabat dövrü və gündəmdə duran məsələlər müzakirə olunub.

İlk öncə çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev bildirib ki, partiyanın adında İslam sözü olması onların məsuliyyətini digər partiyalara nisbətən bir qədər də artırır:

"Buna görə də əməlimiz də fərqlənməli, diqqətimiz özümüzdə olmalı, başqalarına nümunə olmalıyıq. Xüsusi ilə bölgələrdə komitə sədrlərimiz hər kəsə nümunə olmalıdır.  Ətraflarında olan insanlar bilməlidirlər ki, onlar İslamı təmsil edirlər. Hər birimiz cəhd etməliyik ki, Əhli-beytə layiq olaq. İnsan daim öz-özünə bunu təlqin etməlidir. Düzdür, bu yolda maneələr də var və ilk maneə insanın öz nəfsidir. Allah bəndəsi olmaq üçün niyyətinizi paklaşdırın. İmam Səccad əleyhissəlam da şikayətçilərin münacatında ilk növbədə öz nəfsindən Allaha şikayət dirdi. Deyirdi ki, "İlahi, mən sənə öz nəfsimdən şikayət edirəm, başqasından şikayətim yoxdur. O nəfs ki, daim məni pisliyə çəkir. Çalışır ki, məni pis yola yönəltsin. Həvəskardır ki, günah eləsin." Daha sonra deyir ki, İlahi, mənim gücüm yoxdur bu nəfsani istəklər qarşısında, amma sən kömək eləsən, bacararam.  İmam bunula bizi başa salmağa çalışır ki, Allah bəndəsi olmaq üçün yol budur. İnsan gərək ya Allahın bəndəçiliyini qəbul edə, ya da qeyrisinin. Kiminsə müqabilində təzim eləməlidir. Allah-Təala özü insanın müştərisidir. Nə yaxşı olar ki, insan özünü Allaha təslim edə."

Daha sonra ötən Baş Məclisdən keçən müddətdən sonra baş verən proseslərdən danışan sədr əvəzi bildirdi ki, AİP Qadınlar Şurasının Myanmar hadisəsi zamanı Xocalı abidəsinin qarşısında, Trampın Qüds qərarından sonra isə Bakıdakı ABŞ səfirliyi qarşısında keçirdiyi etiraz aksiyaları təqdirəlayiq idi. Bundan əlavə, Peyğəmbərin mövlud həftəsi zamanı Bakıdakı fləşmob da partiyanın keçirdiyi tədbirlər sırasında olub.

Son olaraq ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması qərarını pisləyən İlham Əliyev bildirdi ki, bu qüvvələr dünənə kimi İslam dininin əleyhinə gizli surətdə fəaliyyət göstərirdilər, amma artıq riya pərdələri kənara çəkilib, öz mənfur niyyətlərini açıq-aydın elan edirlər: "ABŞ prezidenti Qüdsü İsrail rejiminin paytaxtı kimi tanımasını göstərən sənədi imzalayandan sonra da kamera qarşısında göstərir və onunla təsəlli tapmaq istəyir, özünü meydanın qələbə çalmış kimi qələmə vermək istəyir. Əslində bu, dolayı yolla öz məğlubiyyətlərini elan etməkdir. Onlar da başa düşüblər ki, artıq bu dünyada hegemonluğun vaxtı başa çatıb. Hərçənd ki, əməldə inadkarcasına bunun əksini təkid edirlər.

Nəinki bütün dünya müsəlmanlarına, hətta BMT-nin qayda-qanunlarına bu cür hörmətsizlik etməyin mənası, heç kimi saymamasını göstərməkdir. Demək istəyir ki, dünyada qayda-qanun mən özüməm. Bundan o yana hegemonluq, quldurluq ola bilməz. Açıq-aydın demək istəyir ki, hamı mənə tabe olmalıdır. Ümid edirik ki, Qüds məsələsi bunların son addımıdır. İşallah onların tam məğlubiyyətinin, İslam ümmətinin qələbəsinin şahidi olacağıq."

Baş Məclisin iclası daha sonra AİP-in sədr müavini Akif Heydərli və AİP qadınlar Şurasının sədri Növrəstə İbrahimovanın çıxışları ilə davam etdirilib.

Məqalədə : AİP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 11:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com