Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 81 ədəd yeni mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib.
Bu barədə FaktXəbər-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ƏƏSMN tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır. Nazirlik bu sahədə növbəti tədbir kimi, Bakıda yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 81 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinin istifadəsinə verib. Həmin ailələrdən 4-ü Azərbaycanın Milli Qəhrəmanlarının ailələridir.
Yeni mənzillərlə təmin edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sevinclərini ifadə edərək bu gün onların həyatında əlamətdar, unudulmaz bir gün olduğunu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara dövlət tərəfindən yeni mənzillərin hədiyyə edilməsindən sonsuz fərəh və qürur hissi keçirdiklərini bildiriblər. Onlar həyatlarına rahatlıq gətirən bu mənzillərin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərə və bu döyüşlər zamanı şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə yüksək Prezident qayğısının daha bir əyani təzahürü olduğunu vurğulayıblar. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri bütün sahələrdə dövlətin qayğısını, dəstəyini hiss etdiklərini diqqətə çatdırıb, bu məqsədlə aparılan işlərə, eyni zamanda mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə aparılan sosial siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, bu siyasətin hər bir vətəndaşın rifah halının təminatına, o cümlədən sosial cəhətdən həssas əhali qruplarından olan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaratdığını vurğulayıb. Bildirilib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, habelə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlət başçısının sosial inkişaf kursunun əsas istiqamətlərindəndir.
Bu istiqamətdə ƏƏSMN tərəfindən yeni fərdi yaşayış evləri inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınıb təmir etdirilməklə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Təkcə bu ay nazirlik həmin təbəqələrə aid 100 nəfərdən çox şəxsi mənzillə təmin edib. Ümumilikdə, aparılan işlərin davamı olaraq, nazirlik tərəfindən 2014-2017-ci illərdə 1350 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə mənzil təqdim olunub. İndiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı isə 6,1 mini ötüb.
Tədbirdə ayrı-ayrı ictimai birliklərin rəhbərləri ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsindən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması, yeni mənzillərlə təminatı istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar bu sahədə həyata keçirilən tədbirlərin, ölkəmizin müdafiəsi naminə döyüşlərdə şəhid olmuş Vətən övladlarının ailələrinin, bu döyüşlərdə əlil olmuş insanların diqqət və qayğı ilə əhatə olunmasının, o cümlədən yeni mənzillərlə təmin edilmələrinin cəmiyyət tərəfindən də rəğbətlə qarşılandığını vurğulayıblar.
Sonra mənzillərdə yaradılmış şəraitə baxış olub. Mənzillərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Bakıda marşrut avtobusu qəzaya uğradı, 6 nəfər xəstəxanaya yerləşdirildi
14
Dekabr
Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTO
13
Dekabr
Azərbaycan əhalisi 11 ayda ticarət şəbəkələrində 34 milyard manatdan çox pul xərcləyib
13
Dekabr
"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
13
Dekabr
Azərbaycan XİN ABŞ Senatının "erməni soyqırımı"nın tanınmasına dair qətnaməsini pisləyib
13
Dekabr- 14-12-2019 10:59 Bakıda kirayə evlər sürətlə bahalaşır
- 14-12-2019 09:26 İstirahət günlərində hava necə olacaq?
- 13-12-2019 21:55 Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTO
- 13-12-2019 19:20 Qubada məktəb binası yandı
- 13-12-2019 18:00 İlham Əliyev Dövlət Agentliyinə 15,4 milyon manat ayırıb
- 13-12-2019 17:40 AFFA bir neçə futbolçunun fəaliyyətinə qadağa qoyub
- 13-12-2019 17:15 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar - SƏRƏNCAM
- 13-12-2019 16:22 DSX: Bu il Ermənistanla sərhəddə 3 yeni hərbi hissə inşa olunub
- 13-12-2019 15:55 Prezident İlham Əliyev ilk tankerin istismara verilməsi mərasimində
- 13-12-2019 15:36 “Uşaqlığın son gecəsi” filminin Zauru evində ölü tapıldı
- 13-12-2019 15:22 Bakıda və regionlarda yeni hotellər açılacaq
- 13-12-2019 14:04 Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
- 13-12-2019 13:45 Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib
- 13-12-2019 13:04 Şənbə gününün hava proqnozu açıqlanıb
- 13-12-2019 12:55 Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi
- 13-12-2019 11:25 “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
- 12-12-2019 18:40 102,0 FM tezliyi üzrə sənəd qəbulu başa çatıb
- 12-12-2019 18:23 Yol polisi sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib
- 12-12-2019 12:39 DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb
- 12-12-2019 12:35 Sabahın hava proqnozu açıqlanıb
- 12-12-2019 12:10 Zərərli toyuq ətini dönərxanalara paylayan sex aşkarlandı
- 11-12-2019 18:48 Dəniz sahilində tank əleyhinə mina aşkarlanıb
- 11-12-2019 16:34 Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək
- 11-12-2019 16:33 Neftçalada su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
- 11-12-2019 15:41 Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb