Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Dekabr

2017
11:39
Çində dünyanın ən uzun ŞÜŞƏ KÖRPÜSÜ hazır oldu - VİDEO

Çinin Hıbey əyalətində dünyanın ən uzun şüşə körpüsü hazır olub. FaktXeber.com-un məumatına görə, bu barədə China Daily xəbər yayıb. Bildirilir ki, 488 m uzunluğunda və 2 metr enində olan körpü Pingşan mahalının  Hongyagu turistik ərazidə vadilə 218 metr hündürlükdə inşa edilib.

Hər biri 4 sm qalınlığındakı 1077 şüşə paneldən olan 77 tonluq körpü 2 gün sonra  açılacaq.

Körpünün inşasından məsul olan Lui Çiçi «Səma körpü»sünün eyni vaxtda 2000 nəfəri daşıya biləcəyini, bununla belə bir dəfəyə ancaq 500 nəfərin buraxıla biləcəyini bildirib.

Qeyd edək ki, keçən il Hunan əyalətində 430 metr uzunluğunda qüqə körpü hazırlanmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : şüşə körpü 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 09:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com